Azərbaycanın pomidor ixracı 9 ayda 12% artıb
Azərbaycan 2025-ci ilin doqquz ayında 157,2 milyon ABŞ dolları dəyərində 144 029 ton pomidor ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət üzrə isə 23 % artım deməkdir. Bu barədə report Dövlət Statistika Komitəsinə istinadla yazıb.
İxracın əsas hissəsi Rusiya bazarına yönəlib.
Hesabat dövründə Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (+10 %) 139 251 ton (+21 %) pomidor göndərilib.
Belarusa ixrac 5,1 milyon dollarla iki dəfə artıb (2 310 ton, +2,1 dəfə). Gürcüstana göndərilən pomidor ixracı 1,1 milyon dollara yüksələrək ötən ilin göstəricisini 19 dəfə, həcmini isə 28 dəfə üstələyib.
Polşaya ixrac 956 min dollar (+2,2 dəfə), 642 ton (+2,5 dəfə), Ukraynaya isə 187 min dollar (+4,3 dəfə), 167 ton (+5 dəfə) təşkil edib.
Azərbaycan 2 il 3 aylıq fasilədən sonra Qazaxıstana pomidor tədarükünü bərpa edib – 13,5 min dollar dəyərində 16,83 ton məhsul göndərilib.
Azərbaycanın pomidor ixracı ənənəvi olaraq Rusiya bazarına söykənir. 2024-cü ildə ixrac olunan 145,6 min ton pomidorun 97,4 %-i Rusiyaya göndərilmişdi. Pomidor kənd təsərrüfatı məhsulları arasında ölkənin əsas ixrac kalemlərindən biri olaraq qalır.
Aytac