İşğaldan azad olunmuş ərazilərdə 633 nəfər özünüməşğulluq proqramı ilə kiçik biznes qurub
Azərbaycan Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında özünüməşğulluq proqramı çərçivəsində daha bir qrup iştirakçıya aktivlər təqdim edib.
Agentliyin məlumatına görə, iştirakçılar “Çatdırılma xidməti”, “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti”, eləcə də arıçılıq, keçiçilik, maldarlıq və qoyunçuluq təsərrüfatları üzrə aktivlər əldə ediblər. Aktivlər sayəsində onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələrində kiçik ailə biznesləri qurublar.
Proqram çərçivəsində indiyə qədər 633 nəfər doğma yurdlarına köçərək özünüməşğulluq dəstəyi ilə kiçik təsərrüfatlarını yaradıb. İştirakçılar dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər və təsərrüfatlarını genişləndirməyə hazır olduqlarını vurğulayıblar.
Aytac