• $
  • £

AQTA bu rayonların ərzaq bazarlarında monitorinq keçirib

AQTA bu rayonların ərzaq bazarlarında monitorinq keçirib
02.12.2025 14:40

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə, Ağstafa və Salyan rayonlarında yerləşən ərzaq bazarlarında monitorinq keçirib.

Agentlikdən verilən məlumata görə, nəzarət tədbirləri zamanı bazarlarda yüksək riskli qida məhsullarının açıq havada, antisanitar şəraitdə və temperatur rejiminə uyğun olmayan formada satışa təqdim edildiyi müəyyən olunub. Xüsusilə ət, balıq və quş əti məhsullarının, turşuların üstü açıq, toz və çirklənməyə məruz qalan mühitdə satışı insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

AQTA bir daha bazar rəhbərlərinə xəbərdarlıq edir ki, qida məhsullarının satışı tam təhlükəsiz şəraitdə həyata keçirilməlidir. İnsanların həyat və sağlamlığını riskə atan, qaydalara əməl etməyən satış müəssisələri barəsində qanunvericiliyə uyğun ən sərt tədbirlər görüləcəkdir. Agentlik əhalini qida məhsullarını alarkən satış və saxlama şəraitinə diqqət etməyi tövsiyə edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Cəmiyyət 18:45
Nazir Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:13
Sabah Biləsuvarda 600 abonentin qazı kəsiləcək
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Cəmiyyət 17:12
Bakı və Abşeron ərazinin 60% hissəsində mərkəzləşmiş kanalzasiya sistemi yoxdur
Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Cəmiyyət 17:06
Kapital Bank-ın İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Cəmiyyət 16:58
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: valideynlərin diqqətinə!
Cəmiyyət 16:15
Birinci sinfə qeydiyyat prosesinə hazırlıq: valideynlərin diqqətinə!
Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olanların sayı 50%-dən çox artıb
Cəmiyyət 14:32
Azərbaycanda avaralıq və dilənçiliklə məşğul olanların sayı 50%-dən çox artıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 14:10
Sabahın hava proqnozu açıqlanıb
ABŞ vitse-prezidenti Vens Macarıstana səfər edib
Cəmiyyət 13:55
ABŞ vitse-prezidenti Vens Macarıstana səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol