• $
  • £

Deputat Sumqayıtdakı ekoloji risklərlə bağlı xəbərdarlıq edib

Deputat Sumqayıtdakı ekoloji risklərlə bağlı xəbərdarlıq edib
02.12.2025 14:55

Deputat Səbinə Salmanova Sumqayıtda sənaye tullantılarının Xəzər dənizinə axıdılması probleminin hələ də davam etdiyini bildirərək, ekoloji risklərin artdığı barədə xəbərdarlıq edib.

Salmanova Parlamentdə çıxışı zamanı Dövlət Su Ehtiyatları Agentliyinin bu il keçirdiyi yoxlamaların da vəziyyətin ciddi olduğunu təsdiqlədiyini deyib. Onun sözlərinə görə, kimyəvi maddələrlə çirklənmiş sular Xəzərin flora və faunasına zərər vurur, sahil boyu əhalinin dənizdən istifadəsini məhdudlaşdırır.

Deputat qeyd edib ki, Sumqayıtda Kotej qəsəbəsi istiqamətində yerləşən sutəmizləyici qurğu sutkada 200 min kubmetr suyu təmizləmək gücündə olsa da, bu potensial tam istifadə olunmur. Hazırda şəhərin 18 müxtəlif nöqtəsindən çirkab suların birbaşa Xəzərə axıdılması müşahidə olunur.

O bildirib ki, həmin axıntıların mövcud təmizləyici sistemə birləşdirilməsi böyük ekoloji risklərin qarşısını ala bilər. Salmanova sutəmizləyici infrastrukturun bərpası və genişləndirilməsi istiqamətində təcili tədbirlərin görülməsini təklif edib.

Onun fikrincə, bu addımlar həm Xəzər dənizinin mühafizəsinə, həm də Sumqayıt əhalisi üçün sağlam yaşayış mühitinin yaradılmasına xidmət edəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 16:36
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Siyasət 14:26
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
Siyasət 21:05
Prezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Siyasət 19:48
İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Siyasət 18:48
Tbilisidə Azərbaycan Prezidentinin şərəfinə lanç verilib
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Siyasət 16:14
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Siyasət 10:11
İlham Əliyev Gürcüstanda dövlət səfərindədir
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol