• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

Azərbaycan elmi mühitində “beyin köçü” əsas problem olaraq qalır — STM sədri

Azərbaycan elmi mühitində “beyin köçü” əsas problem olaraq qalır — STM sədri
03.12.2025 10:27

Sosial Tədqiqatlar Mərkəzinin 2024-cü ildə elmi müəssisələrdə apardığı sorğuya görə, alimlərin 39,7%-i “beyin köçü”nü, 38,9%-i kadr və karyera yüksəlişini, 34,6%-i isə alimin imicini əsas problemlər sırasında göstərib. Bu barədə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bu gün keçirilən dəyirmi masada çıxışı zamanı deyib. 

Deputatın sözlərinə görə, elmi ideyalar texnoloji inqilabların hərəkətverici qüvvəsidir və Azərbaycanda yüksək ixtisaslı insan resursu mövcud olsa da, sistemli və davamlı mühitin formalaşdırılması zəruridir. 

O, Harvard təhsilli məmurlar, ADA Universitetinin təhsil modeli, beynəlxalq tədqiqat mərkəzlərində çalışan azərbaycanlılar və Səlcuk Bayraqdara bənzər nümunələri göstərərək “MTİ mühitinin” ölkədə qurula biləcəyini qeyd edib.

Oruc xatırladıb ki, 2021-ci ildən bəri Avropa İttifaqının Horizon Europe proqramı çərçivəsində təkcə İspaniya qurumları R&D layihələri üçün 4 milyard avro əldə edib. Onun fikrincə, iqtisadi inkişaf və məşğulluq artımı elmin və innovasiyanın geniş maliyyələşdirilməsi ilə üst-üstə düşür.

Deputat həmçinin elmi infrastrukturun paytaxtda cəmlənməsini problemlərdən biri kimi göstərib: elmi tədqiqat təşkilatlarının 100-dən 90-ı Bakıda yerləşir. 

O, regionlarda elmi ekosistemin zəifliyini nəsillərarası varislik və mütəxəssis hazırlığı üçün risk kimi qiymətləndirib.

Oruc qeyd edib ki, 2024-cü ilin ilk 8 ayında azərbaycanlı alimlərin Scopus bazasında dərc olunan məqalələrinin sayı 1 800-dən 2 382-yə yüksəlib, lakin qrant mədəniyyəti və xarici dil maneələri elmi fəaliyyətdə irəliləyişə təsir göstərir.

 Deputatın vurğuladığı digər çatışmazlıqlar arasında laboratoriya və texniki bazanın məhdudluğu, elmi mövzu seçiminin adekvatlığı, beynəlxalq inteqrasiyanın zəifliyi və yerli elmi jurnalların məhdud əhatəsi yer alır.

O bildirib ki, Prezident İlham Əliyevin dəstəyi ilə Texnofest kimi təşəbbüslər gənclər üçün texnoloji simvolika yaratsa da, elm və innovasiya mühiti orta təhsil səviyyəsindən başlayaraq sistemli şəkildə qurulmalıdır.

 Deputatın sözlərinə görə, “cəmiyyət Big Data, süni intellekt, 5G texnologiyalar, dronlar və sosial robotlar üzrə elmi nəticələr gözləyir.”

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Siyasət 00:02
Prezident 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 23:02
Azərbaycan XİN Pakistana başsağlığı verib
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Siyasət 22:30
Prezident Davosda görüşlər keçirib - Yenilənib
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Siyasət 20:30
Ceyhun Bayramov Marko Rubio ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Siyasət 19:09
Prezident Davosda Braziliyanın "BTG Pactual" şirkətinin sədri ilə görüşüb
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Siyasət 18:07
Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Siyasət 16:59
Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Siyasət 16:00
2 səfir Şəhidlər Xiyabanını ziyarət etməyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol