• $
  • £

Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi

Yelo Bank-da qadın sahibkarlar üçün “Tea Talk” görüşü keçirildi
03.12.2025 13:22

Yelo Bank qadın sahibkarların inkişafına və bilik mübadiləsinə xüsusi önəm verir, bu məqsədlə müxtəlif təşəbbüslərə dəstək göstərir. Bu dəfə Bank, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə növbəti “Tea Talk” görüşünə evsahibliyi etdi. Təhsil sahəsində fəaliyyət göstərən qadın sahibkarların bir araya gəldiyi tədbir səmimi mühitdə təcrübə paylaşımı və peşəkar əlaqələrin qurulması üçün dəyərli imkan yaratdı.

 Görüşün əvvəlində Yelo Bank qadın sahibkarlara özəl kredit məhsulu və digər bank xidmətləri barədə qısa məlumat təqdim etdi. Tədbirdə təlimçi Saday Əlverdiyev uzunillik təcrübəsinə əsaslanaraq təhsil sahəsində biznes idarəçiliyinin incəliklərini, real nümunələri və effektiv idarəetmə yanaşmalarını iştirakçılarla bölüşdü.

 Müzakirələr zamanı təhsil sektorunda mövcud çağırışlar, inkişaf imkanları və əməkdaşlıq perspektivləri dəyərləndirildi. İştirakçılar qarşılıqlı fikir mübadiləsi apararaq həm yeni ideyalarla tanış oldular, həm də təcrübələrini paylaşdılar.

 Yelo Bank üçün bu görüşlər qadın sahibkarların dəstəklənməsi və yeni əlaqələrin qurulması baxımından önəmlidir. Bank yaxın zamanda onların biznes fəaliyyətini gücləndirmək üçün xüsusi güzəştli şərtlərlə mikro kredit təqdim edib. Bu məhsul qadın sahibkarlara daha rahat maliyyə dəstəyi almaq imkanı yaradır. Kredit haqqında ətraflı məlumat: //bit.ly/4LqL1N.

Kicik biznes krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
İqtisadiyyat 14:58
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
İqtisadiyyat 12:12
Yelo Bank 6 nominasiya üzrə qalib seçildi
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
İqtisadiyyat 11:43
Yelo Bank kart ödənişləri infrastrukturu üzrə müstəqil audit üçün tender elan edir
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
İqtisadiyyat 11:38
Birbank-ın “Qazandıran bahar” kampaniyası ilə əlavə bonuslar qazanın
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:03
Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Avropada qazın birja qiymətləri 6% artıb
İqtisadiyyat 11:00
Avropada qazın birja qiymətləri 6% artıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:36
Qızıl və gümüş ucuzlaşıb
“Azeri Light” ucuzlaşıb
İqtisadiyyat 09:39
“Azeri Light” ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol