• $
  • £

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
13.12.2025 13:25

Dekabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir.

Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, qara keçəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video
Cəmiyyət 19:39
Evləri və həyətləri subasmaya məruz qalan 9 nəfər təxliyə olunub - Video
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Cəmiyyət 18:50
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sabunçu keçidi bağlandı - Video
Cəmiyyət 18:22
Sabunçu keçidi bağlandı - Video
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
Cəmiyyət 17:19
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 17:00
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol