• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub -RƏSMİ

Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub -RƏSMİ
15.12.2025 17:34

Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. 

Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Cəmiyyət 23:30
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:38
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Cəmiyyət 22:15
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:10
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol