• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Toy məclislərində israfçılıq səviyyəsi kəskin artıb - Deputat

Toy məclislərində israfçılıq səviyyəsi kəskin artıb - Deputat
16.12.2025 11:26

Son illər ölkədə toy məclislərində  israfçılıq səviyyəsi kəskin artıb. Bunu Milli Məclisin deputatı Razi Nurullayev dekabrın 16-da parlamentdə çıxışı zamanı deyib. 

Nurullayevin sözlərinə görə, şadlıq evlərində artıq qida tullantıları, geniş menyu çeşidləri, bahalı dekorasiya və əyləncə xərcləri adi hala çevrilib.

O qeyd edib ki, tonlarla ətin tullantıya çevrildiyi şəraitdə minlərlə ailənin ət almaqda çətinlik çəkməsi bu tendensiyanın sosial və iqtisadi ziddiyyətlərini üzə çıxarır.

Deputat bildirib ki, toy mərasimləri getdikcə sevinc və birlik məclisi olmaqdan çıxaraq sosial statusun nümayişinə çevrilir. Onun fikrincə, israfçılığın azaldılması yalnız maliyyə qənaəti deyil, eyni zamanda ictimai məsuliyyət məsələsidir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:31
Sabahın hava proqnozu açıqlanıb
Hava limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 12:03
Hava limanı yolunda sürət həddi endirilib
Bu yolda hərəkət məhdudlaşır
Cəmiyyət 11:40
Bu yolda hərəkət məhdudlaşır
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
Cəmiyyət 11:11
Ötən il metroda necə cinayət qeydə alınıb? - Statistika
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Cəmiyyət 11:09
186 mindən çox torpaq sahəsi dövlət qeydiyyatına alınıb
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Cəmiyyət 10:29
Məmmədbəyliyə daha 26 ailə köçürülüb
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Cəmiyyət 10:21
Bir gündə necə cinayətin üstü açılıb? - Rəsmi
Həbsdə olan jurnalist anasının dəfnində iştirak edəcək
Cəmiyyət 10:16
Həbsdə olan jurnalist anasının dəfnində iştirak edəcək
Dəm qazından boğulan kişi ölüb
Cəmiyyət 09:18
Dəm qazından boğulan kişi ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol