• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Ərdoğan: “Atamızın oğlu olsa belə dinləməyəcəyik”

Ərdoğan: “Atamızın oğlu olsa belə dinləməyəcəyik”
29.05.2020 06:38
Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğan ölkəsində korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmurun və üç nazirin övladının həbs edilməsinə münasibət bildirib.APA-nın xəbərinə görə, baş nazir keçirilmiş əməliyyat barədə hökumətin məlumatlandırılmamasının qəbuledilməz olduğunu deyib. O, bu əməliyyatı keçirənlərin özlərini “dövlət içində dövlət” kimi aparmaq iddiasında olduqlarını bildirib. Keçirilmiş əməliyyatın həm xarici, həm də daxili qüvvələrin işbirliyinin nəticəsi olduğunu deyən baş nazir “bununla bağlı həm təsbitimiz, həm də təxminlərimiz var. Sonuna qədər araşdıracağıq, atamızın oğlu olsa belə dinləməyəcəyik” deyə  bildirib. Ərdoğan keçirilmiş əməliyyatın məqsədlərinin dövlət banklarına zərbə vurmaq, hökumət və onun üzvlərini gözdən salmaq olduğunu bildirib. Baş nazir qeyd edib ki, bu əməliyyat çərçivəsində bəzi hökumət üzvlərinin özlərinin və ailə üzvlərinin adının hallandırılması məsələsi də sona qədər araşdırılacaq: “Biz bunu müxalifət dediyi üçün etmirik. Öz nüfuzumuz və xalq qarşısında hesabat vermək üçün edəcəyik”. Baş nazir bəzi mətbuat orqanlarını da məsələyə qərəzli yanaşmaqda ittiham edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Dünya 09:18
Zelenski ilə Putin telefon danışığı apara bilər - Fox News
Trampla Zelenski arasında görüş başlayıb
Dünya 22:41
Trampla Zelenski arasında görüş başlayıb
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Dünya 21:50
Tramp Zelenski ilə görüşdən əvvəl Putinlə danışıb
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Dünya 20:53
Zelenski Trampla görüşdən əvvəl Britaniyanın Baş naziri ilə danışıb
Gürcüstanda zəlzələ olub
Dünya 20:07
Gürcüstanda zəlzələ olub
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Dünya 19:24
Moldova Rusiyanı "Rus Evi" ilə bağlı razılaşmanı ləğv etdiyi barədə xəbərdar edib
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Dünya 17:51
Londonda sürücüsüz taksilər fəaliyyət göstərəcək
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Dünya 17:39
Cənubi Koreyada dünyanın ən sürətli ikinci qatarı hazırlanıb
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Dünya 17:30
Çin yeni hipersəs raketini sınaqdan keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol