• $
  • £

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur

“Nar” regionlarda peşəkar kadr hazırlığına dəstək olur
17.12.2025 16:29

Regionlara diqqəti ilə seçilən sərfəli mobil operator “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün növbəti karyera təlimini təşkil edib. 

Universitetin rektoru, dosent Yaşar Ömərovun dəvəti ilə “Nar” rəhbərliyi Gəncə şəhərinə səfər edərək universitetin rəhbər heyətilə görüşdü. Görüş zamanı peşəkar kadr hazırlığı istiqamətində atılacaq növbəti addımlar müzakirə edildi. Daha sonra “Nar” baş icraçı direktoru Özgür Genc karyera təlimində iştirak edən tələbələrlə görüşərək öz təcrübəsini və tövsiyələrini bölüşüb. 

Texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onları iş bazarına hazırlamaq məqsədi ilə təşkil olunan bu təlim “Nar”ın peşəkar heyəti tərəfindən hazırlanır və tədris olunur. İnteraktiv keçirilən təlim rabitə bazarında uğurlu karyera başlanğıcı etmək, əsas karyera hədəflərinin seçilməsi, iş müsahibələrinə hazırlıq və günümüzdə önəmli olan sosial media platformalarından səmərəli istifadə mövzularını əhatə edirdi.

Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və  Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələri əsl peşəkar kimi yetişdirərək Azərbaycanın telekommunikasiya bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir. Qeyd edək ki, 2025-ci ildə “Nar”ın FüzuliSalyan rayonlarında yeni mağaza açılışı tədbirləri zamanı da, paralel olaraq, bu rayonlarda yerləşən təhsil ocaqlarında maarifləndirici layihələr həyata keçirilmişdi.

“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Cəmiyyət 18:50
Qobustanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Sabunçu keçidi bağlandı - Video
Cəmiyyət 18:22
Sabunçu keçidi bağlandı - Video
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
Cəmiyyət 17:19
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 17:00
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol