• $
  • £

14 nömrəli məktəbdə şagirdlər saqqızdan zəhərlənməyib - Rəsmi

14 nömrəli məktəbdə şagirdlər saqqızdan zəhərlənməyib - Rəsmi
18.12.2025 13:52

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nəsimi rayonu 14 saylı tam orta məktəbdə şagirdlərin zəhərlənməsi ehtimalı ilə bağlı aparılan araşdırmanın nəticələrini açıqlayıb.

Agentliyin Anews.az-ın sorğusuna cavabında bildirilib ki, araşdırma zamanı şagirdlərin marketdən aldıqları “Dirol” əmtəə nişanlı qarpız-yemiş aromalı saqqızı istehlak etdikdən sonra qusma, ürəkbulanma və qarın ağrısı simptomlarının müşahidə edildiyi qeyd olunsa da, tibb müəssisəsi tərəfindən zəhərlənmə diaqnozu təsdiqlənməyib.

Məlumata görə, AQTA əməkdaşları tərəfindən hadisə ilə əlaqədar ərazidə yerləşən marketdə və 14 saylı tam orta məktəbin yeməkxanasında plandankənar yoxlama aparılıb. Baxış zamanı marketin satış vitrinində və anbarında yararlılıq müddəti bitmiş və ya saxlanma qaydalarına əməl olunmayan saqqız məhsulları aşkar edilməyib.

“Dirol” əmtəə nişanlı saqqız məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb olunub. Sınaqların nəticələrinə əsasən, məhsulda hər hansı uyğunsuzluq müəyyən edilməyib.

Agentlik həmçinin bildirib ki, məktəbin yeməkxanasında aparılan yoxlama zamanı təqdim olunan qida məhsullarının saxlanma və yararlılıq müddətinə riayət edildiyi müəyyən olunub.

Bir necə gün öncə Nəsimi rayonunda yerləşən 14 saylı orta məktəbdən bu gün səhər saatlarında 8 şagirdin səhhətinin kəskin pisləşməsi ilə bağlı Respublika Təcili Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib və ümumilikdə 8 nəfər (hamısı kişi cinsli) xəstəxanalara yerləşdirilib. Onlardan 5-i Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3-ü isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Həkimlərin məlumatına görə, bir pasiyentə “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası”, digər yeddi nəfərə isə “kəskin qastrit” diaqnozu qoyulub.

Şagirdlərin hamısına zəruri tibbi müdaxilə göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Məktəbdən “Report”un sorğusuna bildirilib ki, hadisə dərs zamanı baş verib və şagirdlərdə ümumi narahatlıq, eləcə də ürəkbulanma əlamətləri müşahidə olunub. İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlərdən biri dərsə gəlməzdən əvvəl məktəbin yaxınlığındakı marketdən saqqız alaraq sinif yoldaşları ilə bölüşüb. Hazırda ehtimal olunur ki, uşaqlarda narahatlıq həmin saqqızla bağlı olub.

Bir gün öncə yerli mətbuatda məlumat yayılıb ki, məktəblilər arasında “snus” adlı saqqızabənzər, tütün tərkibli məhsul yayılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, “snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu ilə araşdırmalar aparılır.

 “Hazırda bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı ixtisaslaşmış ekspert rəyi yoxdur

Bununla belə, tərkibində nikotin olan məhsulların, tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satışı qanunvericiliyin tələblərinə ziddir və polis orqanları tərəfindən bu istiqamətdə profilaktik və nəzarət tədbirləri həyata keçirilir.

Zərərli vərdişlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən ticarət obyektlərində və məktəblər ətrafında müvafiq yoxlama və nəzarət fəaliyyəti davam etdirilir”, - məlumatda deyilir. 

Gülnar Nazimqızı 


 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
Cəmiyyət 17:19
Yağışlı hava ilə bağlı polis zəruri təhlükəsizlik tədbirlərini davam etdirir - Video
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Cəmiyyət 17:00
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol