• $
  • £

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı müzakirə edib
22.12.2025 14:01

Səhiyyə Nazirliyində ABŞ-nin Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon ilə görüş keçirilib. Bu barədə nazirlikdən bildirilib. 

Səhiyyə naziri Teymur Musayev görüşdə Vaşinqtonda imzalanmış Azərbaycan-ABŞ Hökumətlərarası Anlaşma Memorandumunun ikitərəfli tərəfdaşlığın yeni strateji mərhələsini formalaşdırdığını vurğulayıb.

Nazir həmçinin şəhid ailələri və müharibə veteranlarına göstərilən dövlət qayğısı, səhiyyə sisteminin rəqəmsallaşdırılması, tibb təhsili və həkimlərin təkmilləşdirilməsi sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə tibbi müəssisələrin yaradılması üzrə aparılan işlər barədə də məlumat verilib.

Emi Karlon Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirərək ABŞ-nin dəstəyini bildirib və səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol