• $
  • £

MEDİA: Süni intellekt dövründə sağlam informasiya mühitinin qorunması strateji əhəmiyyət daşıyır

MEDİA: Süni intellekt dövründə sağlam informasiya mühitinin qorunması strateji əhəmiyyət daşıyır
22.12.2025 15:34

Süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə sağlam informasiya mühitinin qorunması xüsusi əhəmiyyət kəsb edir. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Media Savadlılığı Konfransında bildirib.

İsmayılovun sözlərinə görə, son dörd ildə ilin sonunda media savadlılığı mövzusu ətrafında sistemli və ardıcıl fəaliyyətin təşkili Azərbaycanda ənənəyə çevrilib.

O qeyd edib ki, rəqəmsallaşmanın dərinləşməsi və informasiya istehsalı ilə istehlakının artması fonunda təhlükəsizlik, məsuliyyətlilik və etibarlılıq prinsiplərinə əsaslanan media savadlılığı cəmiyyət üçün mühüm dəyər formalaşdırır.

MEDİA rəhbəri vurğulayıb ki, rəqəmsal media mühitinin genişlənməsi və sosial şəbəkələrin ictimai rəyə təsir imkanlarının artması informasiyanın düzgünlüyü və obyektivliyinin qorunmasını prioritetə çevirir. Onun sözlərinə görə, qlobal informasiya təhdidləri şəraitində vətəndaşların etibarlı və obyektiv məlumata çıxışının təmin edilməsi xüsusilə vacibdir.

Əhməd İsmayılov əlavə edib ki, media savadlılığının gücləndirilməsi təkcə jurnalistlərin deyil, eyni zamanda məlumat istehlakçısı olan geniş auditoriyanın da üzərinə düşən ümumi məsuliyyətdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Cəmiyyət 15:49
Putin Dərbənddə Azərbaycan Teatrının açılışını edib
Lənkəranda zəlzələ olub
Cəmiyyət 15:08
Lənkəranda zəlzələ olub
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 14:56
Yol polisi yağıntılı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol