• $
  • £

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu

Qırmızı Ürəklər Fondu 5 il ərzində minlərlə insanın həyatına toxundu
23.12.2025 11:45

 

Kapital Bank-ın könüllü əməkdaşlarının yardımlaşma təşəbbüsü ilə yaradılan, qısa zamanda böyük layihələrlə gündəmə gələn, xalqımızın xeyriyyəçilik ənənələrini yaşadan, ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında xüsusi rolu olan  Qırmızı Ürəklər Fondu 5 yaşını qeyd etdi. Fond bu münasibətlə dostlarını və tərəfdaşlarını artıq ənənə halını almış “Ürəksən” adlı tədbirdə bir araya gətirərək 5 illik hesabatını ictimaiyyətə təqdim edib. 

Fondun nümayəndələri, donorlar, tərəfdaşlar, əməkdaşlar və könüllülərin iştirak etdiyi və “The Ritz-Carlton Baku”nun ev sahibliyi ilə baş tutan tədbir maraqlı anlarla yadda qaldı. Gecəni çıxış sözü ilə açan Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə fondun ən böyük gücünün birlik olduğunu vurğuladı. “Bankir olmaq, menecer olmaq, iş adamı olmaq sadəcə karyera məsələsidir. Amma başqasının qayğısına şərik olmaq, bu, xarakter məsələsidir. Biz “Red Hearts” olaraq sübut etmişik ki, komandamız sadəcə yaxşı işçilərdən deyil, həm də yaxşı insanlardan ibarətdir. Mən bizimlə birlikdə bu yolda addımlayan hər kəsə təşəkkür edirəm.”

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov isə çıxışında “Cəmiyyət”, “Ətraf mühit” və “Heyvanların müdafiəsi” istiqamətlərində Fondun cari ilə, o cümlədən ötən 5 ilə dair hesabatını təqdim etdi. Hesabatda həssas qruplara, maddi və mənəvi yardıma ehtiyacı olan insanlara dəstək, uşaq evləri və sığınacaqlarda keçirilən tədbirlər, aztəminatlı ailələr üçün yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları, sosial tərəfdaşlıq layihələri kimi onlarla layihənin təqdimatı və statistik göstəricilər yer alıb. 

Belə ki, 2025-ci il ərzində Fonda 10 900 ianəçi tərəfindən ümumilikdə  476 063 manat məbləğində ianə edilib. Toplanan vəsaitlər sayəsində 462 könüllünün iştirakı ilə  6247 benefisiara dəstək göstərilib.

Fondun 5 illik nəticələri isə hər kəs tərəfindən maraqla qarşılanıb. Yusif Poladov bu nəticələri təqdim edən zaman böyük həyəcan və qürur yaşadığını qeyd edib. “Cəmi 49 nəfər könüllü əməkdaşımızın çıxdığı yolun bizi bu yerlərə gətirə biləcəyini xəyal belə edə bilməzdik. Bu gün isə biz insanların xəyallarını gerçəkləşdirən bir quruma çevrilmişik. Təsəvvür edin ki, ötən 5 il ərzində bizim sıralarımıza 50 804 ianəçi qoşulub. İlk mərhələdə toplanan məbləğ cəmi bir neçə min manat idisə bu gün bu rəqəm 5 003 100 manatdır. İlk mərhələdə biz sadəcə ehtiyacı olan ailələrə yardım edirdiksə bu gün biz artıq 4 istiqamətdə çox böyük layihələrə imza atmışıq. Bir neçə rəqəmi qeyd etsəm deməliyəm ki, bu illər ərzində 9500 kq-dan çox tullantı təbiətdən təmizlənib, 3257 kq batareya toplanaraq təhvil verilib, 30 şəhər və rayonda şəhidlərimizin adına 7298 ağac əkilib. 66 şəhid və qazi ailəsi evlə təmin olunub. 74 tələbəyə ümumilikdə 155 060 manat təhsil təqaüdü verilib. Sosial qruplardan olan minlərlə ailəyə maddi yardım və bayram hədiyyələri təqdim edilib, 300 ailə fondun himayəsinə götürülüb. Bu prosesdə 400-dən çox könüllü, 30 dan çox tərəfdaş bizimlə birlikdə, eyni yolda addımlayıb. Bu göstəricilər sadəcə adi rəqəmlər deyil. Hər bir rəqəmin arxasında dəyər qatılan, toxunulan insan həyatı, insan hekayələri var. Burada bu hekayəni yazmağın qürurunu  birlikdə yaşayırıq. Mən hər birinizi təbrik edirəm”.  

Hesabatla bağlı ətraflı məlumat: //shorturl.at/nRuxv 

Daha sonra fondun xeyirxahlıq missiyasında onlarla birlikdə addımlayan tərəfdaşlara “The Golden Heart Award” (“Qızıl Ürək” mükafatı) təqdim edilib. Mükafatlandırılan tərəfdaşlar sırasında Kapital Bank, PASHA Holding, PashaPay, PMD Group, PASHA Real Estate, PASHA Investments, PASHA Technology, PASHA Life və The Ritz-Carlton Baku yer alıb. Mükafatlandırma mərasiminin ardından gecə bədii hissə ilə davam edib. 

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz. 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol