• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub
23.12.2025 13:44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Cəmiyyət 23:30
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:38
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Cəmiyyət 22:15
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:10
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol