• $
  • £

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
23.12.2025 18:21

Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək.

Bu məsələ Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyində yer alan “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, asbest uzun iller ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən ölkəyə 2023-cü ildə 591 ton asbest ve 30238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1045 ton asbest və 27634 ton terkibində asbest olan təbəqələr idxal edilmişdir.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

Elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla, qanun layihəsinə əsasən asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

Qanun qəbul ediləcəyi təqdirdə, 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol