• $
  • £

Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb

Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
23.12.2025 21:12

Bakıda keçirilən "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq" konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən "Mənim dənizlərim, mənim okeanlarım" sərgisini ziyarət edib.

Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.

Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol