• $
  • £

Qənimət Zahidə hökm oxunub

Qənimət Zahidə hökm oxunub
23.12.2025 19:03

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidovun (Qənimət Zahid) cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Qənimət Zahidov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qənimət Səlim oğlu Zahidov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu əməllərin təkrar və ya bir qrup şəxs tərəfindən törədilməsi) ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə Qənimət Zahidov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi məqsədilə 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub. Lakin onun tutulması və ekstradisiyası mümkün olmayıb.

18 sentyabr 2025-ci il tarixdə İctimai Televiziya və Radio vasitəsilə Qənimət Zahidov 20 oktyabr 2025-ci il tarixdə istintaqa dəvət edilib, lakin o, çağırışa məhəl qoymayaraq istintaqa gəlməyib.

Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə Qənimət Zahidov barəsində qiyabi icraat açılıb və o, müdafiəçi ilə təmin edilib.

İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 18 sentyabr 2025-ci il tarixdə Qənimət Zahidova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi barədə qərar qəbul edilib. Lakin onun Azərbaycan Respublikasının hüdudlarından kənarda gizlənməsi səbəbindən ittihamın elan edilməsi mümkün olmayıb.

İttihama görə, Qənimət Zahidov 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Cəmiyyət 14:21
Kürdə köməksiz qalan 4 nəfərin xilas edilməsi üçün tədbirlər görülür - Yenilənib
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Cəmiyyət 14:12
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Cəmiyyət 14:01
Gədəbəydə azyaşlı xəstəlikdən ölüb
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Cəmiyyət 13:26
Sabunçuda evdən 6300 dollar oğurlayan şəxs saxlanılıb
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol