• $
  • £

2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub

2025-ci ildə 440 km-dən çox avtomobil yolu tikilib və təmir olunub
25.12.2025 14:57

Azərbaycanda 2025-ci il ərzində 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə MDB ölkələri arasında birinci, 141 ölkə arasında isə 24-cü yerdə qərarlaşıb.

Məlumata görə, 2025-ci ildə 110,8 kilometr respublika əhəmiyyətli, 153,1 kilometr yerli əhəmiyyətli, 93,8 kilometr Bakı şəhər yolları, 66 kilometr Gəncə şəhər yolları və 17 kilometr Şəki şəhər yolları daxil olmaqla ümumilikdə 440,7 kilometr yol təsərrüfatı yenilənib.

AAYDA-nın məlumatına əsasən, 2020-ci ildən indiyədək ümumi uzunluğu 1 338,4 kilometr olan 17 avtomobil yolu layihəsi tam, bir layihə isə qismən icra olunub. İşğaldan azad edilmiş ərazilərdə isə ümumi uzunluğu 3 720,5 kilometr olan 64 avtomobil yolu və bir hava limanı üzrə layihələr həyata keçirilir.

Hazırda ölkə üzrə 47 tunel, 447 körpü və 16 viadukun tikintisi davam edir. 2015–2025-ci illər ərzində isə AAYDA tərəfindən ümumilikdə 10 826,9 kilometr avtomobil yolu, prospekt və küçə tikilib, yenidən qurulub və təmir edilib.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 09:56
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol