• $
  • £

13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara- Rəsmi cavab

13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara- Rəsmi cavab
25.12.2025 15:49

Baş Prokurorluq mediada cinayət işinin yoxa çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Prokurorluğun açıqlamasında deyilir:

“Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində istintaq aparılmış cinayət işinin guya 13 il əvvəl tamamlanaraq baxılması məhkəməyə göndərilməsi və sonradan həmin işin yoxa çıxması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilmiş cinayət işi üzrə Zaidov Cabir Həsən oğlu Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddələr üzrə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən Cabir Zaidovun təqsiri sübuta yetirilsə də, ittiham edildiyi maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr 2012-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Qeyd edək ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə istinad edilən əməllər Cinayət Məcəlləsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid maddələrinə tövsif edildiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Bu baxımdan, cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı müvafiq məktubda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsi ifadəsi texniki səhvdir”.

Bir müddət əvvəl C.Zaidovun barəsindəki cinayət işi ilə bağlı prokurorluğa sorğu ünvanlanıb. Həmin vaxt Baş Prokurorluğun DİO-nun istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Günay Məmmədlinin adından göndərilən cavab məktubunda işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi bildirilib. Daha sonra məhkəməyə müraciət edildikdə isə, onlara həmin işin Bakı Ağır Cinayətlər Məhkəməsində olmadığı bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 09:56
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol