• $
  • £

Tramp: ABŞ ordusu Nigeriyada İŞİD-ə qarşı zərbələr endirib

Tramp: ABŞ ordusu Nigeriyada İŞİD-ə qarşı zərbələr endirib
26.12.2025 09:28

ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun onun göstərişi ilə Nigeriyanın şimal-qərbində fəaliyyət göstərən İŞİD terror qruplaşmasına qarşı hava zərbələri endirdiyini açıqlayıb.

Tramp sosial şəbəkədəki paylaşımında İŞİD üzvlərini “terrorçuların ən aşağı təbəqəsi” adlandıraraq, onların uzun müddətdir əsasən günahsız xristianlara qarşı hücumlar həyata keçirdiyini və mülki şəxsləri vəhşicəsinə öldürdüyünü bildirib.

“Bu terrorçuları daha əvvəl xəbərdar etmişdim ki, əgər xristianların öldürülməsini dayandırmasalar, bunun əvəzini çox baha ödəyəcəklər. Onlar artıq bunun əvəzini ödəyiblər”, — Tramp qeyd edib.

O əlavə edib ki, Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən “yalnız ABŞ-ın həyata keçirə biləcəyi səviyyədə” dəqiq zərbələr endirilib.

Tramp paylaşımının sonunda bildirib ki, “Allah ABŞ əsgərlərini qorusun” və terrorçular hücumlarını dayandırmayacağı təqdirdə ölən İŞİD üzvlərinin sayının artacağını vurğulayıb.

ABŞ prezidenti zərbələr zamanı hansı konkret hədəflərin vurulduğunu açıqlamayıb.

Bu arada ABŞ Afrika Komandanlığı (AFRICOM) sosial mediada yaydığı açıqlamada əməliyyatların Nigeriya hakimiyyətinin tələbi əsasında həyata keçirildiyini bildirib. AFRICOM-un məlumatına görə, zərbələr nəticəsində “çoxsaylı İŞİD terrorçuları” zərərsizləşdirilib, lakin dəqiq rəqəmlər açıqlanmayıb.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 09:56
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol