• $
  • £

Deputat ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmasını zəruri hesab edir

Deputat ödənişli parklanma yerlərində avtomobillərin sığortalanmasını zəruri hesab edir
26.12.2025 11:31

Son illərdə avtomobil sayının artması şəhəriçi nəqliyyatın idarə olunması və küçə parklanmasının tənzimlənməsini zəruri edir, lakin ödənişli parklanma yerlərində avtomobillərin fiziki təhlükəsizliyi və sığortalanması məsələsi hüquqi boşluq olaraq qalır. Bunu deputat Vasif Qafarov dekabrın 26-da parlamentin iclasında çıxışı zamanı deyib. 

Qafarov qeyd edib ki, Mülki Məcəllə və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun xidmət göstərən tərəfin məsuliyyətini və xidmətin təhlükəsizliyini tələb edir. O əlavə edib ki, ödənişli parklanma xidmətində sığorta mexanizminin tətbiqi həm hüquqi, həm də sosial baxımdan zəruridir, beynəlxalq təcrübə isə bunun effektivliyini təsdiqləyir.

Deputat vurğulayıb ki, sığortanın olmaması vətəndaşların hüquqlarının pozulmasına və parklanma xidmətinə etimadın zəifləməsinə səbəb olur. Park yerində avtomobillərə digər şəxslər və ya təbiət hadisələri tərəfindən dəyən zərərlər sürücülərin üzərinə düşür.

Qafarov qanunvericilikdə dəyişikliklər etməyi, ödənişli parklanma xidmətlərində avtomobillərin təhlükəsizliyinə dair məsuliyyətin aydın şəkildə müəyyənləşdirilməsini və park haqqına minimal sığorta komponentinin daxil edilməsini təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:47
Sabahın hava proqnozu
Zaqatalada istirahət mərkəzində yanğın olub
Cəmiyyət 10:30
Zaqatalada istirahət mərkəzində yanğın olub
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Cəmiyyət 10:23
İrandan Azərbaycana indiyədək 3040 nəfər təxliyə edilib
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Cəmiyyət 09:56
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol