• $
  • £

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
27.12.2025 12:00

Qazaxda fəaliyyəti qanunsuz olaraq bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, rayonun Xanlıqlar kəndində yerləşən fərdi sahibkar Vidadi Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən obyektin istismarı dayandırılıb.Ancaq pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətini qanunsuz olaraq yenidən bərpa etdiyi barədə məlumat gəlib. Növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb. Nəticədə nöqsanların aradan qaldırılması məqsədilə sahibkar üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub.Obyekt sahibinə pozuntuları aradan qaldırmadığı təqdirdə daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı xəbərdarlıq edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Cəmiyyət 09:33
Jurnalist Rəşad Baxşəliyev vəfat edib
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol