Bakıda 3 otaqlı ev yanıb
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 10 m² sahədə yanıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.