• $
  • £

Bakı avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş tam aktivləşdirildi

Bakı avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş tam aktivləşdirildi
29.12.2025 10:00

Bakı şəhərində nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, həmçinin Apple Pay və Google Pay vasitəsilə ödəniş mexanizmi aktivləşdirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, yeni sistem çərçivəsində sərnişinlər üçün ardıcıl ödəniş imkanları genişləndirilib və əməliyyatların sayı 1-dən 2-yə artırılıb. Bu funksiya NFC layihəsinin ilkin mərhələsində tətbiq olunur və mərhələnin nəticələrinə əsasən gələcəkdə ardıcıl ödəniş limitlərinin artırılması planlaşdırılır.

Yeni mexanizm nağd pulun və fiziki “BakıKart”ın istifadəsinə ehtiyacı aradan qaldırır. Sərnişinlər ödənişləri telefon, ağıllı saat, bank kartı və digər NFC funksiyalı cihazlar vasitəsilə saniyələr ərzində həyata keçirə bilirlər. Ödəniş üçün cihazın validatora yaxınlaşdırılması kifayətdir.

Agentlik bildirir ki, avtobuslarda ödəniş zamanı yalnız NFC dəstəkli yerli bank kartlarından, eləcə də smartfon və fiziki kartlardan istifadə mümkündür.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Cəmiyyət 12:20
Dəm qazından zəhərlənən 6 uşaqdan ikisinin vəziyyəti ağırdır
Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub
Cəmiyyət 11:49
Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub
Azərbaycanda bərabər əməyə bərabər maaş tələbi qanunvericiliyə daxil edilir
Cəmiyyət 11:33
Azərbaycanda bərabər əməyə bərabər maaş tələbi qanunvericiliyə daxil edilir
Niyə biz hələ də diplomun arxasınca qaçırıq?
Cəmiyyət 10:56
Niyə biz hələ də diplomun arxasınca qaçırıq?
Siyəzəndə körpü uçub, bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib - Video
Cəmiyyət 10:45
Siyəzəndə körpü uçub, bir neçə yaşayış məntəqəsi ilə əlaqə kəsilib - Video
Azərbaycanda bəzi limanlar bağlanıb
Cəmiyyət 10:35
Azərbaycanda bəzi limanlar bağlanıb
Qusarda sel transformatoru yuyub aparıb - Video
Cəmiyyət 10:27
Qusarda sel transformatoru yuyub aparıb - Video
DİN: İki gündə 74 cinayətin açılması təmin olunub, 60 şübhəli saxlanılıb
Cəmiyyət 10:24
DİN: İki gündə 74 cinayətin açılması təmin olunub, 60 şübhəli saxlanılıb
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Cəmiyyət 10:22
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol