• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

"Erməni soyqırımı”nı inkar edən türkiyəli siyasətçinin şikayəti haqlı sayıldı

"Erməni soyqırımı”nı inkar edən türkiyəli siyasətçinin şikayəti haqlı sayıldı
28.05.2020 22:11
 Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi  Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. APA-nın xəbərinə görə, D. Perinçək 2007-ci ildə İsveçrədə keçirilən müxtəlif toplantılarda “erməni soyqırımı”nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib. Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən D. Perinçək son apellyasiya instansiyasının qərarında sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda D. Perinçəkin şikayəti əsaslı sayılıb.   Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Avropa Şurasına üzv ölkələr üçün presedent təşkil edəcəyi bildirilir. Bu isə erməni diasporu və lobbisinə ciddi zərbədir. Xatırladaq ki, erməni lobbisi Fransa başda olmaqla bir çox ölkədə uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun qəbul etdirməyə çalışır. Fransada qəbul edilən bu cür qanun ölkəni Konstitusiya Şurası tərəfindən ləğv edilsə də, hazırda ermənilər bu qanunu yenidən qəbul etdirmək istəyirlər. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Dünya 23:33
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Dünya 19:00
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya 18:05
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
“Hizbullah” Livan hökumətini təhdid edib
Dünya 13:34
“Hizbullah” Livan hökumətini təhdid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol