• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Xankəndidə bayram konserti keçirilib

Xankəndidə bayram konserti keçirilib
29.12.2025 21:30

Dekabrın 29-da Xankəndi şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, şəhərin Zəfər meydanında keçirilən “Qış nağılı” yarmarkası günlərində baş tutan bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Konsertdə tanınmış ifaçılar və musiqiçilər çıxış ediblər. Səslənən ifalar şəhər sakinlərinə və qonaqlara yüksək bayram ovqatı bəxş edib, mərkəzi meydanda coşqun ab-hava yaradıb.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlik, həmrəylik və bayram ruhu ilə qeyd etmək, eyni zamanda Xankəndi şəhərində ictimai-mədəni həyatın canlandırılmasına töhfə vermək olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:10
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Müəllimin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub - TƏBİB
Cəmiyyət 16:27
Müəllimin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub - TƏBİB
Yanvarda nə qədər sərnişin daşınıb?
Cəmiyyət 16:19
Yanvarda nə qədər sərnişin daşınıb?
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 15:54
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol