• $
  • £

Qarabağda məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Qarabağda məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub
30.12.2025 14:40

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.

Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, "Azərişıq" ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.

Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək.

Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.

Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.

Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol