• $
  • £

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib
31.12.2025 10:09

Fövqəladə Hallar Nazirliyi Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib.

Müraciətdə bildirilir ki, Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır.

Qeyd edilib ki, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.

Belə ki,

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.

Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Oxşar xəbərlər
Oxşar xəbərlər
Keşlədə kollektorun üzərində tikilən ev sökülüb,Eldar Əzizov və Zaur Mikayılov ərazidə olublar - Yenilənib
Cəmiyyət 23:33
Keşlədə kollektorun üzərində tikilən ev sökülüb,Eldar Əzizov və Zaur Mikayılov ərazidə olublar - Yenilənib
19 yaşlı tələbə dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:14
19 yaşlı tələbə dəm qazından boğularaq ölüb
BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 21:36
BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq edib
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 20:11
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Cəmiyyət 19:15
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 18:22
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Cəmiyyət 17:30
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol