• $
  • £

Zelenski və Tramp yenidən görüşəcəklər

Zelenski və Tramp yenidən görüşəcəklər
04.01.2026 09:33

Ukrayna və Amerika Birləşmiş Ştatları prezidentləri yenidən görüşəcəklər.Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə məlumat verib.

Zelenski yanvarın sonunda ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün yeni görüş keçirəcəyini açıqlayıb.

Prezidentin sözlərinə görə, bundan əvvəl Avropa liderlərinin görüşü olacaq, liderlər bir çox məsələni müzakirə edəcəklər. Lakin əsas diqqət təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpasına yönəldiləcək.

Prezident əlavə edib ki, Donald Trampın komandası ilə də görüşlər olacaq və bu görüşlər Parisdə keçiriləcək.

"Görüşlər 24 saat, bəlkə də iki saat davam edəcək. Hər şey işlərin gedişatından asılıdır. Bundan sonra düşünürəm ki, biz ABŞ-da geniş çərçivədə rəhbərlik səviyyəsində görüşə hazırlaşacağıq. Biz istərdik ki, bütün bunlar yanvarın sonuna qədər baş versin", - deyə Prezident bildirib.

Dekabrın 28-də Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp Floridada görüşüblər. Danışıqlardan sonra liderlər əldə edilmiş nəticələrlə bağlı açıqlamalar veriblər. ABŞ prezidenti Donbas məsələsində müəyyən irəliləyiş olduğunu bildirərək, yekun qərarın hələ verilmədiyini, lakin tərəflərin razılığa yaxın olduğunu bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
Dünya 23:42
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 45-ə çatıb
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
Dünya 22:49
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurub
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Dünya 22:38
ABŞ İranla danışıqlar üçün son tarixi bir sutka uzadıb
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Dünya 21:19
Lavrov və Əraqçi arasında telefon danışığı olub
Hakan Fidan Suriyaya gedib
Dünya 17:35
Hakan Fidan Suriyaya gedib
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol