• $
  • £

Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik

Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
05.01.2026 21:50

Azərbaycan ABŞ Konqresinin “ədalətsiz və bu gün üçün tamamilə absurd” sayılan 907-ci düzəlişi ləğv edəcəyini gözləyir. Bunu ölkə Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Donald Trump administrasiyasının hakimiyyətə gəlməsi ilə ABŞ–Azərbaycan münasibətlərində vəziyyət köklü şəkildə dəyişib.

Əliyev müsahibəsində “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması ilə bağlı suala cavabında deyib ki, Vaşinqtonla Bakı arasında münasibətlər artıq yeni mərhələyə yüksəlib.

Əliyev qeyd edib ki, hazırda Azərbaycan ərazisindən Ermənistana müxtəlif yüklər daşınır, yollar açıqdır və hətta Azərbaycanın neft məhsulları bu ölkəyə ixrac olunur. Onun sözlərinə görə, əgər düzəlişin formal əsaslandırılması blokada idisə, bu amil artıq mövcud deyil.

Prezident əlavə edib ki, Tramp administrasiyasının Konqres üzvlərini, xüsusilə Respublikaçılar Partiyasını bu düzəlişin tam ləğvinin zəruriliyinə inandıra biləcəyinə dair Bakının kifayət qədər əsasları var.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol