• $
  • £

TAP boru kəməri ildə 1,2 milyard kubmetr əlavə qaz nəql edə biləcək

TAP boru kəməri ildə 1,2 milyard kubmetr əlavə qaz nəql edə biləcək
06.01.2026 12:11

Trans-Adriatik Boru Kəməri (TAP) 2026-cı ilin yanvarın 1-dən etibarən ildə əlavə 1,2 milyard kubmetr təbii qaz nəql etmək gücünə çatıb. Bu barədə Azərtac boru kəmərinin operatoru TAP AG-a istinadla yazıb. 

Layihə çərçivəsində Türkiyə-Yunanıstan sərhədində yerləşən Kipoi Kompressor Stansiyasında genişləndirmə işləri başa çatdırılıb. 2024-cü ilin yanvarında başlayan işlər büdcə çərçivəsində, qaz axınlarına fasilə vermədən tamamlanıb. Təkmilləşdirmə işlərinə 15 MVt gücündə yeni kompressor qurğusunun quraşdırılması və mövcud qurğuların yenilənməsi daxildir.

TAP 31 dekabr 2020-ci ildən kommersiya qaz nəqlinə başlayıb və ötən 5 il ərzində Avropaya 54 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırıb.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından çıxarılan qazı TANAP vasitəsilə Türkiyə-Yunanıstan sərhədinə gətirir və Yunanıstan, Albaniya, Adriatik dənizi boyunca İtaliyanın cənubuna çatdırır. Kəmərin uzunluğu 878 km, diametri isə 48 düymdür.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol