• $
  • £

Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi

Kapital Bank-ın dəstəyi ilə 4-cü “YAŞA” Mərkəzi istifadəyə verildi
07.01.2026 11:30

Ölkənin birinci bankı Kapital Bank yaşlı nəslin həyat keyfiyyətinin yüksəldilməsi və təqaüd dövrünün daha fəal keçirilməsi məqsədilə “Üçüncü Bahar” İctimai Birliyinin “YAŞA” Mərkəzlərinə dəstək göstərməyə davam edir. Bu istiqamətdə 4-cü “YAŞA” Mərkəzi paytaxt Bakıda istifadəyə verilib.

Yeni mərkəz, İçərişəhər və ətraf ərazilərdə yaşayan yaşlı insanlar üçün sosial əlaqələrin gücləndirilməsi, birgə öyrənmə və paylaşma mühitinin yaradılması, həmçinin fəal həyat tərzinin təşviqi sahəsində vacib layihələrin həyata keçirilməsini hədəfləyir. Burada yaşlıların bir araya gələrək öz bacarıqlarını inkişaf etdirmələri, həyat təcrübələrini bölüşmələri və özlərini cəmiyyətin aktiv üzvü kimi hiss etmələri üçün bütün lazımi şərait yaradılıb. Mərkəzin xidmətlərindən yararlanmaq istəyən şəxslər (+99450)343-44-14 nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

2017-ci ildən etibarən “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə çərçivəsində ötən dövr ərzində 45 000 nəfərdən çox təqaüdçü müxtəlif təlimlərə cəlb olunub. Artıq 9 ildir ki, Kapital Bank-ın dəstəyi ilə Bakı, Mingəçevir və Şamaxı şəhərlərində “YAŞA” Mərkəzlərinin uğurlu fəaliyyəti təşkil olunur. Bank əməkdaşlarının mentorluğu ilə keçirilən təlimlərdə 200-dən çox təqaüdçüyə maliyyə, hüquq və informasiya təhlükəsizliyi mövzularında vacib bacarıqlar öyrədilib. Bu təşəbbüs Kapital Bank-ın yaşlı nəslin həyat keyfiyyətinin artırılmasına, onların cəmiyyətə inteqrasiyasına və sağlamlığının qorunmasına yönələn davamlı sosial məsuliyyət fəaliyyətinin növbəti addımıdır.

“YAŞA” Mərkəzlərində yaşlılar üçün gündəlik əsasda müxtəlif dərnəklər və məşğələlər təşkil olunur. Proqramlara qurama, toxuma, ingilis dili, rəsm, musiqi və digər yaradıcılıq fəaliyyətləri daxildir. Bununla yanaşı, informasiya sessiyaları, master-klasslar və tematik tədbirlər vasitəsilə ahıllar yeni bilik və bacarıqlar qazanır, sosial mühitdə fəal iştirak imkanları əldə edirlər. Bu fəaliyyətlər yaşlı insanların həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasına, onların gündəlik həyatlarının daha keyfiyyətli və dolğun təşkilinə xidmət edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol