• $
  • £

Cəbrayılda mina partlayıb, xəsarət alan var

Cəbrayılda mina partlayıb, xəsarət alan var
07.01.2026 14:44

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina partlayışı baş verib və  humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunan bir nəfər xəsarət alıb. Bu barədə Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. 

Piyada əleyhinə mina özəl minatəmizləmə şirkətlərindən birinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən partlayıb. Hadisə nəticəsində 1985-ci il təvəllüdlü Məmmədov Rəşad Nəriman oğlu ayaq nahiyəsindən yüngül xəsarətlər alıb və rayon mərkəzi xəstəxanasına təxliyə edilib.

ANAMA bildirib ki, zərərçəkənin vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

225-ci il ərzində Qarabağda 1 861 tank əleyhinə mina, 4 963 piyada əleyhinə mina və 52 392 ədəd partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Son 4 ildə işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Ümumilikdə 34 996 ədədi piyada əlehinə mina, 21 022 ədədi tank əlehinə mina, 118 999 ədədi partlamamış hərbi sursat olmaqla ümumilikdə 175 017 mina zərərsizləşdirilib. Müharibədən sonrakı dövrdə 176 237 hektar ərazi minadan təmizlənib. 
 
Dünyada mina qurbanlarının 84%-i mülki şəxslərdir. Onların da 37%-ni uşaqlar təşkil edir. Ümumilikdə isə mina qurbanlarının 81%-ni kişilər və oğlan uşaqları təşkil edir. 
 
Azərbaycanda da mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur. Onların 359 nəfərini uşaqlar təşkil edir. 38 nəfəri qadınlardır. 
 
Təkcə İkinci Qarabağ Müharibəsindən sonra mina qurbanlarının sayı 382 nəfər təşkil edib. Onların 55 nəfəri həlak olub. Minaya düşənlərin 143 nəfəri isə mülki şəxslərdir. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub
Cəmiyyət 17:33
Uyğunsuzluq aşkarlanmış energetik içkinin idxalına məhdudiyyət qoyulub

Из Ирана эвакуированы еще 10 граждан Азербайджана
Cəmiyyət 17:00
Из Ирана эвакуированы еще 10 граждан Азербайджана

İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 16:52
İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib
Siyasət 16:28
Polşa XİN rəhbəri Ceyhun Bayramova zəng vurub, İrandan təxliyəyə görə Azərbaycana təşəkkür edib


Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
Cəmiyyət 14:51
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Cəmiyyət 14:40
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Deputat irad bildirdi: bu çox təhlükəli qanundur
Cəmiyyət 13:43
Deputat irad bildirdi: bu çox təhlükəli qanundur
Deputat: uşaq hüquqları qanununda bəzi maddələr ailə dəyərlərinə zərər verə bilər
Cəmiyyət 13:30
Deputat: uşaq hüquqları qanununda bəzi maddələr ailə dəyərlərinə zərər verə bilər
Xocavənd kəndinə daha 36 nəfər köçürülüb
Cəmiyyət 12:56
Xocavənd kəndinə daha 36 nəfər köçürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox