• $
  • £

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
08.01.2026 09:40

Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 ABŞ dolları (1,72%) azalaraq 64,6 ABŞ dollarına enib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçersləri 61,89 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan “Azeri Light”ın qiyməti isə 1,19 ABŞ dolları (1,86%) azalaraq 62,8 ABŞ dolları olub.

Azərbaycanda 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Son qiymət dinamikası “Azeri Light”ın büdcə proqnozundan təxminən 0,4 ABŞ dolları aşağı ticarət olunduğunu göstərir.

“Azeri Light” neftinin minimum qiyməti 2020-ci il 21 aprel tarixində 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Bu marka üzrə hasilat “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində aparılır.

Müqavilədə SOCAR-ın payı 31,65% təşkil edir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol