COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib.
Qərara əsasən, şirkətin ləğvi ilə bağlı Ləğvetmə Komissiyası yaradılıb. Komissiya şirkətin öhdəliklərinin müəyyənləşdirilməsi və hesablaşmaların aparılması prosesinə nəzarət edəcək.
Rəsmi açıqlamaya görə, kreditor borcları ilə bağlı iddialar iki ay müddətində Komissiyaya təqdim edilməlidir. Göstərilən müddət başa çatdıqdan sonra təqdim edilən iddialara baxılmayacaq.
COP29 Azərbaycan Əməliyyat Şirkəti ölkədə COP29-la bağlı təşkilati və əməliyyat məsələlərinin icrasında iştirak edən qurumlardan biri olub.
Aytac
Son xəbərlər
Daha çox