• $
  • £

İranda baş verənlər Azərbaycana təsir göstərə bilərmi?

İranda baş verənlər Azərbaycana təsir göstərə bilərmi?
09.01.2026 12:14

İranda son günlər baş verən iğtişaşlar ölkədə sosial və iqtisadi gərginliyi artırır.

Baş verən iğtişaşlar region ölkələrinə, həmçinin Azərbaycana necə təsir edə bilər?

Milli məclisin deputatı Fazil Musatafa bildirib ki, İranda baş verənlər artıq böyük bir inqilabi dalğadır.

"Bu dalğa daha çox sosial şərtlər üzərində və rejimə nifrət üzərində formalaşan hərəkatdır. İrandakı bu hərakat daha çox uğurla nətucələnə bilər. Çünki rejim artıq öz potensialını tükədib. Hər hansı bir şəkildə müqavimət göstərmək imkanı azalıb. Çünki İsrailin ABŞ-ın arxasında durmasını açıq bəyan etməsi kütləni daha da ruhlandırır. Bu risklər bizim üçün kifayət qədər böyükdür. Çünki bizim əsas hədəfimiz İranda dünyəvi dövlətin qurulmasıdır. Bu cür rejim bizdə də bir çox toxumların cücərməsinə səbəb olur. Ona görə də dünyəvi dövlətimizin qorunması üçün mütləq qonşuda da bir dünyəvi dövlətin olmasında maraqlı olmalıyıq.  Baş verənlər fonunda İran xaosa çevrilə bilər. Bu da bizim üçün çox böyük riskdir",- millət vəkili vurğulayıb.

Politoloq Zərdüşt Əlizadə bildirib ki, etiraz aksiyaları İran dövlətinin iqtisadi vəziyyətinə ciddi təsir göstərəcək.

“Baş verən iğtişaşlar ərzaq, su və elektrik resursları ilə təminat, həmçinin pul dövriyyəsində problemlər yarada bilər. ABŞ və digər dövlətlərin sanksiyaları fonunda vəziyyət daha da ağırlaşır”, – o bildirib.

Onun sözlərinə görə, İranda imkanların azalması ABŞ və İsrail kimi ölkələrin təsirini gücləndirir.

“Əgər çıxış yolu tapılmasa, proseslər daha ciddi siyasi nəticələrə, hətta əks-inqilabi ssenarilərə gətirib çıxara bilər. Azərbaycan və İran bir  sərhədə malik  qonşu dövlətlərdir. Regiondakı gərginlik Azərbaycana da təsirsiz ötüşmür. İranda xeyli sayda soydaşımız yaşayır, – politoloq vurğulayıb.

İranda baş verən etirazlar 2025-i il dekabrın 28-də Tehranın əsas ticarət məkanı olan Böyük Bazar ətrafında başlayan nümayişlərlə başlayıb. Bu etirazlar ilkin olaraq iqtisadi çətinliklər, milli valyutanın dəyər itirməsi və inflyasiya ilə bağlı narazılıqdan doğub və sonra digər şəhərlərə yayılıb.

Etirazlar zamanı 568 polis, 66 Bəsic üzvlü yaralanıb.

Yanvarın 8-də Tehranda şiddətlənən etirazlar zamanı  avtobuslar, təcili yardım maşınların, eləcə də 24 ev, 25 məscid, 2 xəstəxanaı və 26 bank yandırılıb.

Hadisələrdən sonra İran hökuməti ölkə üzrə interneti bloklayıb.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir müşavirə keçirib
Siyasət 15:27
Baş nazir müşavirə keçirib
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Siyasət 11:20
İlham Əliyev Seneqal Prezidentini təbrik edib
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
Siyasət 09:30
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınıb
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Siyasət 08:56
XİN beynəlxalq ictimaiyyəti minatəmizləmə səylərinə dəstəyi gücləndirməyə çağırıb
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Siyasət 19:24
Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol