• $
  • £

İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib

İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
09.01.2026 08:20

İsveçin Miqrasiya Xidməti müharibədən sonra Xarkovdan İsveçə köçən azərbaycanlı güləş məşqçisi Şahid Bilalovun ailəsinin deportasiyası ilə bağlı qərar qəbul edib. Bu barədəVimmerby Tidning nəşri məlumat yayıb.

Şahid Bilalov, həyat yoldaşı Səadət və övladları Ayşəms ilə Turqut İsveçin Mariannelund şəhərində yaşayırlar. Ukrayna vətəndaşı olan uşaqlara yaşayış icazəsi verilib. Lakin 1990-cı illərdə Azərbaycandan Ukraynaya köçən və Azərbaycan vətəndaşlığını saxlayan valideynlərə icazə verilməyib.

Miqrasiya Xidməti qərarı Avropa İttifaqının müvəqqəti müdafiə direktivası ilə əsaslandırıb. Sözügedən direktiv yalnız Ukrayna vətəndaşlarına şamil olunur.

Qərara əsasən, Şahid və Səadət Bilalovlar Azərbaycana qayıtmalı və ya onları qəbul edəcək başqa bir ölkə tapa bilməlidirlər. Ailənin Azərbaycanda qalacaq yeri yoxdur, Xarkova qayıtmaq istəmirlər.

Bilalov Mariannelundda pəncərə istehsalı zavodunda çalışır və gələcəkdə güləş klubu açmağı planlaşdırır.

O, əvvəllər Azərbaycanda və Ukraynada məşqçi kimi fəaliyyət göstərib. Həyat yoldaşı isə uşaq bağçasında işləyir.

Ailə Miqrasiya Xidmətinin qərarından şikayət edib və iş miqrasiya məhkəməsində araşdırılacaq. Bilalovlar İsveçdə qalmağa ümid edirlər.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol