• $
  • £

Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür

Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
09.01.2026 14:20

2007-ci il yanvarın 9-da Apple şirkətinin həmtəsisçisi və baş direktoru Stiv Cobs San-Fransiskoda keçirilən Macworld Konfransı və Sərgisində ilk iPhone-u təqdim edib. Təqdimat sonradan mobil texnologiya bazarında dönüş nöqtəsi kimi qiymətləndirilib.

“Bu gün biz üç inqilabi cihaz təqdim edirik”, – deyən Cobs sensorlu geniş ekranlı iPod, innovativ mobil telefon və internetə çıxışı olan mobil cihazın əslində bir məhsulda birləşdirildiyini açıqlayıb.

iPhone mobil telefon, iPod və veb brauzerin funksiyalarını sensor ekran üzərindən bir araya gətirib. Qurğu fiziki klaviaturadan imtina, çoxtoxunuşlu texnologiya və tam funksional internet brauzeri ilə bazardakı mövcud telefonlardan kəskin şəkildə fərqlənib.

Apple bildirirdi ki, iPhone mobil rabitə və rəqəmsal texnologiyadan istifadə vərdişlərini dəyişmək məqsədi daşıyır. İlk iPhone 29 iyun 2007-ci ildə ABŞ-da satışa çıxarılıb və qiyməti 500–600 dollar arasında olub.

Hazırda isə iPhone-un 17-ci nəsli satışdadır və qiymətlər təxminən 800 dollardan başlayır.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Texnologiya 19:29
"Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırıb
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Texnologiya 12:28
Azərbaycan süni intellekt üzrə Qafqazda birinci, Mərkəzi Asiyada ön sıralardadır
Nəbiyev britaniyalı nazirlə görüşüb
Texnologiya 10:42
Nəbiyev britaniyalı nazirlə görüşüb
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox