• $
  • £

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
11.01.2026 20:14

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.Bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.

***

İşgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində 2026-cı il 11 yanvar tarixində mina hadisəsi baș verib.Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1988-ci il təvəllüdlü Kərimov Elvin Həmiddin oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya olunub.

Kərimov Elvin rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
19 yaşlı tələbə dəm qazından boğularaq ölüb
Cəmiyyət 22:14
19 yaşlı tələbə dəm qazından boğularaq ölüb
BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq edib
Cəmiyyət 21:36
BDYPİ hərəkət iştirakçılarına xəbərdarlıq edib
Keşlədə kollektorun üzərində tikilən ev sökülür - Video
Cəmiyyət 20:51
Keşlədə kollektorun üzərində tikilən ev sökülür - Video
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Cəmiyyət 20:11
FHN dağ çaylarından sel keçməsi ilə bağlı əhaliyə müraciət edib
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Cəmiyyət 19:15
Quba və Qusar ərazisindən axan bəzi çaylardan sel keçir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 18:22
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Cəmiyyət 17:30
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
Qusarda sel aparan şəxsin meyiti tapılıb
Cəmiyyət 16:11
Qusarda sel aparan şəxsin meyiti tapılıb
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 14:59
53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol