• $ 1.7
  • € 2.012
  • ₽ 0.022055
  • ₺ 0.0391
  • £ 2.3318

Bu liseydə rus dilində tədris dayandırılır

Bu liseydə rus dilində tədris dayandırılır
12.01.2026 13:54

Yeni tədris ilindən Hədəf Liseylərinin 1-ci sinifləri üçün rus bölməsinə qəbul dayandırılacaq. Bu barədə liseyin direktoru Şəmil Sadiq öz sosial hesabında yazıb. 

O bildirib ki, qərar liseyin yarımillik iclasında açıqlanıb.

 Şəmil Sadiq qeyd edib ki, bu addımın əsas səbəbləri rus bölməsinə tələbatın azalması və bilingval — Azərbaycan–ingilis dilli təhsil modelinə keçiddir. Rus dili bundan sonra ikinci xarici dil kimi təklif olunacaq, istəyənlər üçün öyrənmə imkanları saxlanılacaq.

Sadiq vurğulayıb ki, mövcud şagirdlər narahat olmasın: rus bölməsində təhsil alanlar 2-ci sinifdən etibarən əvvəlki proqramla oxumağa davam edəcəklər. Qərar yalnız yeni qəbul olunacaq 1-ci siniflərə aiddir.

Bundan əlavə, 2–9-cu siniflərin ingilis və rus bölmələrinin şagirdləri Azərbaycan bölməsində istifadə olunan Azərbaycan dili dərsliyindən yararlanacaq və Azərbaycan dili həftəlik 5–9 saat həcmində bütün bölmələrdə tədris olunacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
MŞ: “İdrak” liseyi ilə bağlı hadisədə jurnalist etikası pozulub
Cəmiyyət 14:51
MŞ: “İdrak” liseyi ilə bağlı hadisədə jurnalist etikası pozulub
Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edilib
Cəmiyyət 13:50
Səfər Mehdiyevin köməkçisi olmuş polkovnik həbs edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:38
Sabahın hava proqnozu açıqlanıb

Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
Cəmiyyət 12:30
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
Azərbaycanda bank və dövlət qurumlarına yönəlmiş fişinq cəhdi aşkarlanıb
Cəmiyyət 12:13
Azərbaycanda bank və dövlət qurumlarına yönəlmiş fişinq cəhdi aşkarlanıb
Əliyev İranın müdafiə nazirini qəbul edib
Cəmiyyət 11:47
Əliyev İranın müdafiə nazirini qəbul edib
Bakıda lisey müəllimi şagird tərəfindən güllələnib/Yenilənib3
Cəmiyyət 11:13
Bakıda lisey müəllimi şagird tərəfindən güllələnib/Yenilənib3
Fevralın 5-də Azərbaycanda 68 cinayət açılıb, 138 nəfər saxlanılıb
Cəmiyyət 10:21
Fevralın 5-də Azərbaycanda 68 cinayət açılıb, 138 nəfər saxlanılıb
Dənizdə köməksiz qalan 4 balıqçı xilas edilib
Cəmiyyət 09:50
Dənizdə köməksiz qalan 4 balıqçı xilas edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol