Məktəblərdə mədəniyyətlə bağlı dərslik keçiriləcək
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasına əsasən, ölkədə mədəniyyət sahəsində institusional islahatlar aparılacaq və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Sənəddə qeyd olunur ki, 2026–2030-cu illərdə mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi nəzərdə tutulur. Bu çərçivədə mədəniyyət sahələri, eləcə də Azərbaycanın mədəni irsi və dəyərləri ilə bağlı fənn və biliklərin tədrisinin təmin edilməsi planlaşdırılır.
Konsepsiyanın icrasına Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi cavabdeh olacaq. Bu addımların mədəniyyət siyasətinin institusional əsaslarını gücləndirməsi və uzunmüddətli inkişaf hədəflərinə xidmət etməsi gözlənilir.