• $
  • £

Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib

Bank Respublika 2025-ci ilin yekunlarına əsasən bazardakı mövqelərini daha da gücləndirib
15.01.2026 16:11

2025-ci ilin yekunlarına əsasən Bank Respublika əsas maliyyə göstəriciləri üzrə rekord nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.


Hesabat dövründə Bank ötən illə müqayisədə əsas maliyyə istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri bazarındakı mövqelərini daha da möhkəmləndirib:

2025-ci il üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 25,2% artaraq 2,73 mlrd manat təşkil edib;
  • Məcmu kapital 20% artaraq 266,67 mln manat olub;
  • Kredit portfeli 12,4% artaraq 1,65 mlrd manat təşkil edib;
  • Xalis faiz gəlirləri 19,4% artaraq 169,73 mln manat olub;
  • Xalis əməliyyat mənfəəti 20,3% artaraq 82,29 mln manat səviyyəsinə çatıb;
  • Xalis mənfəət 19,8% artaraq 60,6 mln manat təşkil edib.
  • Depozit portfeli 1,36 mlrd manata çatmışdır, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə dayanıqlılığı göstəriciləri:

  • Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I)10,14% (norma — 6,5%);
  • Ümumi kapitalın adekvatlıq əmsalı14,6% (norma — 12,5%);
  • Leverec əmsalı6,71% (norma — 5%).
  • Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,90% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

2025-ci ildə Bank Respublika, həm bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsini davam etdirmişdir. Bank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD)Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB)) kimi nüfuzlu beynəlxalq maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır. 

2025-ci il Bank Respublika üçün ardıcıl inkişaf, strateji qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış əlverişli şərait, eləcə də bankın peşəkar komandası və müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün olub. Gələcəkdə Bank Respublika innovativ həllərin tətbiqi və müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider mövqelərini daha da möhkəmləndirəcək”, — deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov, qeyd edib.



 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook| ? Instagram| ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol