• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində yarışacaq sahibkarlar məlum oldu

ABB-nin tərəfdaşlığı ilə keçirilən “EY İlin İş Adamı” müsabiqəsində
yarışacaq sahibkarlar məlum oldu
15.01.2026 16:16

ABB-nin baş sponsorluğu, bp-nin maliyyə tərəfdaşlığı ilə EY Azərbaycan şirkətinin təşkil etdiyi “EY İlin İş Adamı” müsabiqəsinə müraciətlərin qəbulu artıq başa çatıb. Müsabiqənin milli mərhələsinin qalibi, habelə nominasiyalar üzrə qaliblər 13 fevral 2026-cı tarixində təşkil olunacaq qala tədbirində elan olunacaqlar. 

Bu müsabiqə Azərbaycanda 7 ildir keçirilir və ABB 7-ci ildir ki, ardıcıl olaraq bu müsabiqəyə dəstək verir. “EY İlin İş Adamı” müsabiqəsi yenilikçi düşüncə tərzi, uğur qazanmaq iradəsi və cəmiyyətə müsbət təsir göstərmək məqsədi ilə fəaliyyət göstərən sahibkarları bir araya gətirən nüfuzlu, unikal proqramdır. Ötən 7 ildə bu müsabiqə Azərbaycanda 70-dən çox sahibkarı birləşdirən geniş icmaya çevrilib.

Bu il “EY İlin İş Adamı” adı uğrunda alternativ enerji, reklam, elektrik avadanlıqlarının istehsalı, maliyyə, turizm, kənd təsərrüfatı, təhsil, İT, rəqəmsal marketinq və digər sahələri təmsil edən iştirakçılar yarışacaqlar. 

İştirakçıların adlarını təqdim edirik: Bəxtiyar Hüseynov (“Eel Electric” elektrik avadanlıqları istehsalçısı); Ceyhun İmanov (“Jeykhun Imanov Studio” rəqəmsal marketinq, brendinq və dizayn agentliyi); Elqar Bağırov (“Times Consulting” reklam agentliyi) Elmira İsmayılova  (“Best Place Restaurant & Jazz Club”, ictimai iaşə və əyləncə xidmətləri); Elşad Abbasov (“Embafinans”, bank olmayan kredit təşkilatı); Fəhri Məmmədli (“Fahri Travel” səyahət agentliyi); Günay Mustafayeva (“MedLife Hospital” tibb müəssisəsi); İlyas Əhmədov və Mehri Əhmədova (“We grow” mavigilə istehsalçısı); Könül Quliyeva (“Safavy” onlayn təhsil platforması); Orxan Məmmədov (“Green Life Engineering” alternativ enerji həlləri); Murad Həsənov (“Clopos” İT həlləri təminatçısı); Müşfiq Hüseynov (“AZSAFFRON” zəfəran və zəfəran tərkibli məhsul istehsalçısı); Novruz İsmayılov  (“Manqal kömürü № 1” fındıq qabığı əsaslı kömür istehsalçısı); Rəşad Abbasov (“Neutron” Radiasiya təhlükəsizliyi/konsaltinq); Rüfət Babakişiyev (“Crocusoft”, proqram təminatı, mobil tətbiqlər və İT həllər təminatçısı); Samir Kərimov (“APAR” velosiped kirayəsi xidməti); Seymur Allahverdiyev (“Amazon Travel”, turizm agentliyi); Ülvi Aslanov (“Code Academy” təhsil müəssisəsi); Vüqar Babayev (“Lider Development” CRM/ERP həlləri təminatçısı/yaşayış binalarını idarəetmə platforması). 

Müsabiqənin qalibi müstəqil münsiflər heyəti tərəfindən sahibkarlıq ruhu, məqsəd, təsir və inkişaf meyarları əsasında qiymətləndirilərək müəyyən ediləcək. Münsiflər heyəti işgüzar aləmin tanınmış və nüfuzlu nümayəndələrindən ibarətdir:

Aliyə Əzimova – Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri

Əfqan İsayev – SOCAR-ın vitse-prezidenti

Mir Camal Paşayev – “Paşa Holding”in Direktorlar Şurasının sədr müavini

Qustaf Nobel – "Conversus" şirkətinin Baş icraçı direktoru

Teybə Quliyeva – "Societe Generale” Korporativ və İnvestisiya Bankının regional nümayəndəsi

 

Proqramın tərəfdaşları sırasında APFM, “Finansist” jurnalı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və EKVITA da var. 

Milli mərhələnin qalibi may ayında Monakoda keçiriləcək “EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində ölkəmizi təmsil etmək hüququnu qazanacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
İqtisadiyyat 11:31
Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 14 %-dən çox azaldıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti bahalaşıb
Baş nazirdən benzinlə bağlı yeni qərar
İqtisadiyyat 17:38
Baş nazirdən benzinlə bağlı yeni qərar
Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
İqtisadiyyat 16:29
Ermənistan TRIPP layihəsi çərçivəsində Bakı ilə birbaşa dəmir yolu əlaqəsinə ümid edir
Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!
İqtisadiyyat 13:43
Yelo Bank-da kredit faizləri artıq 8.9%-dən başlayır!
Yanvarda Azərbaycanda geri qaytarılan ƏDV 19,68 milyon manat olub
İqtisadiyyat 13:10
Yanvarda Azərbaycanda geri qaytarılan ƏDV 19,68 milyon manat olub
Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
İqtisadiyyat 12:51
Unibank müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
“Azeri Light” neftinin qiyməti 69,77 ABŞ dolları səviyyəsində stabilləşib
İqtisadiyyat 09:31
“Azeri Light” neftinin qiyməti 69,77 ABŞ dolları səviyyəsində stabilləşib
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol