Gender və uşaq hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - Deputat
Ölkədə gender milli fəaliyyət planı təsdiqlənib və bu istiqamətdə əsaslı addımlar atılıb, mexanizmlər yaradılıb. Bunu Milli Məclisin deputatı Hicran Hüseynova bildirib.
Hüseynova qeyd edib ki, gender bərabərliyinin təmin olunması sahəsində hələ də həllini gözləyən məsələlər mövcuddur və bu baxımdan qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, 20 il əvvəl qəbul olunmuş qanunda dəyişikliklərin zərurəti yaranıb.
Deputat əlavə edib ki, uşaq hüquqları ilə bağlı məsələlərin monitorinqi və maarifləndirilməsi məqsədilə regionlarda görüşlər təşkil etmək mümkündür.
Gülnar Nazimqızı