• $
  • £

Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib
16.01.2026 14:14

Milli Məclisinin Regional məsələlər komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Yaz sessiyası dövründə komitə tərəfindən qanun layihələrinin hazırlanması və müzakirəsi, onların icrasına nəzarət, həmçinin komitəyə daxil olan müraciətlərin araşdırılması nəzərdə tutulur.


İş planında Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin komitədə müzakirəsi xüsusi yer tutur.


Sənədə əsasən, komitənin iclaslarında müvafiq dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı təmin ediləcək, daxil olan müraciətlər təhlil edilərək qanunvericiliyin tələblərinə uyğun baxılacaq.


Eyni zamanda, komitə üzvlərinin vətəndaş qəbulu və vətəndaşların müraciətlərinə baxılması yaz sessiyası ərzində davam etdiriləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Cəmiyyət 21:43
Sabiq deputatın həbsxanada vəziyyəti pisləşib
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Cəmiyyət 20:51
Zirə qəsəbəsində 70 yaşlı kişi ov tüfəngi ilə öldürülüb, saxlanılan var
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Cəmiyyət 19:28
Fərid Qayıbovun sədrliyi ilə COP10 Bürosunun birinci rəsmi iclası keçirilib
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
Cəmiyyət 19:12
Dünyada ərzaq qiymətləri sürətlə artır: Azərbaycan neçəncidir?
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Cəmiyyət 18:36
İşğaldan azad edilmiş ərazilərə nə qədər köçkün geri qayıdıb?
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Cəmiyyət 17:09
Ötən gün Azərbaycanda axtarışda olan 45 nəfər saxlanılıb
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Cəmiyyət 16:37
Avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin belə xilas edilib
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Cəmiyyət 16:18
Həcc ziyarətinə sənəd qəbulunun vaxtı yenidən uzadılıb
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Cəmiyyət 15:46
Türkiyənin "Salomon Cappadocia Ultra-Trail" marafonu BMT Turizm Təşkilatının nüfuzlu mükafatına layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol