• $
  • £

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb

Yelo Bank 2025-ci ili aktivlərin və depozitlərin əhəmiyyətli artımı ilə tamamlayıb
19.01.2026 12:23

Yelo Bank 2025-ci ilin yekununa dair maliyyə nəticələrini açıqlayıb. Rəqəmlərə nəzər yetirdikdə ötən il Bank üçün böyümə və sabit inkişaf ili kimi yadda qalıb. Xüsusilə kredit və depozit portfelində, aktivlərdə və faiz gəlirlərində əhəmiyyətli artım müşahidə olunub. Belə ki:

 

- 2025-ci ilin sonuna Yelo Bank-ın aktivləri 1 mlrd 515 mln manat təşkil edib. Bu da əvvəlki ilin sonu ilə müqayisədə 18% - 235 mln manatdan çox artım deməkdir.

 

- Bankın kredit portfeli böyüyüb: 2025-ci il ərzində kredit portfeli 154 mln manat və ya 16% artımla 1 mlrd 89 mln manata yüksəlib.

 

- Artımın mühüm hissəsini biznes kreditləri təşkil edib: biznes kredit portfeli 15%, yəni 86 mln-dan çox artımla 673 mln manatı keçib. Bank real sektorun maliyyələşdirilməsində aktiv mövqeyini qoruyaraq il ərzində mikro bizneslərə 418 mln manat vəsait ayırıb. İlin sonuna mikrokredit portfelinin həcmi 417,5 mln manat təşkil edib, bu da 2024-cü ilin analoji dövründən 20%, 70 mln manat çoxdur.

 

- İstehlak kreditləri portfeli də əhəmiyyətli dərəcədə artıb: il ərzində 26 mindən çox müştəriyə istehlak krediti verilib, nəticədə bu istiqamət üzrə portfelin həcmi 68 mln manat, yəni 20%-lik artımla 415 mln manatı ötüb. 

 

- Yelo Bank-ın əmanətləri cəlbedici olmağa davam edib: 2025-ci ilin sonunda Bankın əmanət portfeli 1.1 mlrd təşkil edib. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 165 mln manat və ya 18% çoxdur. 2025-ci ildə portfeldəki 11 mindən çox fiziki şəxsin əmanətləri 809 mln manat təşkil edib.

 

- 2025-ci ildə faiz gəlirləri də artıb. İl ərzində 28 mln manatdan çox - 19% artan faiz gəlirləri 180 mln manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 20 mln manatı ötüb.

 

- Bankın kapital mövqeyi xeyli güclənib: hesabat dövründə məcmu kapital 175 mln manat təşkil edib, bu da əvvəlki ilin eyni dövründən 18%, yəni 26 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13.62%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.48% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.

 

- Bankın 2025-ci ildə xalis mənfəəti isə 31.3 mln manat təşkil edib.

 

Bankın İdarə Heyətinin sədri Anar Həsənov 2025-ci ilin göstəricilərini belə şərh edib: "2025-ci il Yelo Bank üçün dayanıqlı böyümə və sabit inkişaf ili oldu. İlin əvvəlindən qarşıya qoyduğumuz hədəfləri tamamladıq və hətta bəzi göstəricilərdə gözləntiləri üstələyə bildik. Kredit portfelində, xüsusilə biznes kreditlərində müşahidə olunan ikirəqəmli artım real sektorun maliyyələşdirilməsinə verdiyimiz töhfəni gücləndirdi. Əmanətlərdəki yüksəliş isə fiziki müştərilərin Yelo Bank-a güvənərək gələcəklərini bizimlə planlaşdırdıqlarını göstərir. Bu il innovativ bank həllərinin tətbiqi, mövcud xidmətlərimizin daha da rahatlaşdırılması əsas prioritetlərimiz olacaq. İnanırıq ki, 2026-cı il inkişaf imkanları ilə zəngin bir il olacaq və Yelo Bank müştərilərinə daha parlaq bankçılıq təcrübəsi təqdim etməklə bazarda mövqeyini daha da möhkəmləndirəcək."

Bank xidmətlərinə aid əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Cəmiyyət 14:32
Putin Trampla danışıq planlaşdırmır, Yaxın Şərqdəki gərginlik müzakirə olunub
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Cəmiyyət 14:27
Azərbaycan və Rusiya prokurorluğu arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Cəmiyyət 14:24
Azərbaycan və Pakistanın XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol