Sumqayıtda 1000 abonentin qaz təchizatında fasilə olacaq
Sumqayıtda təxminən 1000 abonentin qaz təchizatı yanvarın 19-da müvəqqəti dayandırılacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-in məlumatına görə, Qurd dərəsinin bir hissəsində 89 mm-lik qaz xəttində yaranmış sızmaların aradan qaldırılması üçün təmir-bərpa işləri aparılacaq.
Qaz təchizatı işlər başa çatdıqdan sonra bərpa olunacaq.