• $
  • £

Çinin Tiencin şəhərindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb

Çinin Tiencin şəhərindən ilk Transxəzər yük qatarı Azərbaycana yola düşüb
19.01.2026 19:49

Çinin şimal şəhəri Tiencindən ilk Transxəzər yük qatarı bu gün Bakıya yola düşüb.Bu barədə "Xinhua" məlumat yayıb.

"China Railway Beijing Group" şirkətinə məxsus olan qatar Qazaxıstandan keçərək daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycana göndəriləcək. O, paslanmayan polad borular, məişət texnikası və digər mallarla yüklənib.

"Yeni marşrut Tiencini Azərbaycan, Qazaxıstan və regionun digər ölkələri ilə birləşdirən sabit və səmərəli nəqliyyat dəhlizi yaradır", - Tiencin konteyner mərkəzinin nümayəndəsi Yan Tsyunyon qeyd edib.

Marşrutun uzunluğu təxminən 7 min kilometr təşkil edir, yol müddəti isə təxminən 20 gündür, bu da ənənəvi dəniz daşımalarından 10 gün daha tezdir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TMTM, Orta Dəhliz) əsas qovşağı olan Bakı, Çindən gələn yükləri digər ölkələrə və regionlara göndərə biləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol